"Təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır” "Təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır”
  • Tribuna
  • 25 Sentyabr 2022 15:38
  •  7 703

Tramvay xətləri çəkilməli, çoxmərtəbəli dayanacaqlar tikilməlidir - Deputat

"Təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır”

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, Bakıda nəqliyyat problemlərinin həlli üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunmalı, yaxşı pul xərclənməli, sərnişin daşınması ilə məşğul olan yerli və xarici şirkətlər bu işə cəlb olunmalıdır:

"Şəhərin mərkəzini Bakı kəndləri və Günəşli və Əhmədli kimi qəsəbələrlə birləşdirən tramvay xətləri çəkilməlidir. Nəqliyyat infrastrukturunun yenidən qurulmasına xarici şirkətləri cəlb etmək olar ki, özləri investisiya qoyub tramvay, metro xətti, avtomobil yolları çəksin, işlətsin və pul qazansın. Bakıda bir neçə yeni metro xəttinin çəkilməsinə, yüzə qədər yeni metro stansiyasının tikilməsinə ehtiyac var. Dövlətimizin Qarabağdakı bərpa işləri və Ordumuzun gücləndirilməsi istiqamətindəki xərclərini də nəzərə alsaq sürətli metro tikintisi üçün nə pulu nə də texniki imkanları var. Ona görə də xarici investorlar bu işə cəlb olunmalıdır".