"Hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur" "Hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur"
  • Tribuna
  • 28 Oktyabr 2022 12:35
  •  11 080

"Burada qonşunun istəyi heç bir rol oynaya bilməz" - Sahib Alıyev

"Hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur"

"Prezident Putinin dünən "Valday" forumunda Ermənsitanın Azərbaycanın Qarabağ üzərində suvereniyinin tanımağa hazırlaşdığına eyham vurub, buna mane törətməyəcəklərini bildirib, “buyursunlar“ deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağışlayır. Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir.".

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Millət vəkili bildirib ki, birincinin öz torpaqları üzərində suverenliyini hayların buna razı olub-olmadıqları və Azərbaycanın da onu dəstəkləyib-dəstəkləmədiyi müyəyyənləşdirmədiyi kimi, ikincininkini də yenə də həmin hayların istəkləri və Rusiyanın da bunun dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz.

"Hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur, burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç bir rol oynaya bilməz və oynamamalıdır!

Bundan başqa bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı çıxılmayacağı deyilir, digər tərəfdən Xankəndində Rusiya hərbi kontingentinin müvvəqqəti, amma tam kontrolu altında yaşayanlara reinteqrsiya əleyhinə aksiya keçirmək tapşırığı verilir, orada Moskva üçün daha əlverişli “hakimiyyət” dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır. Görünür, Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranamasında maraqlı olması, sözü gedən forumda “Nord Stream – 1” qaz kəmərini guya qəbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur", - deyə S. Alıyev əlavə edib.