Türkiyə ilə ABŞ F-16 qırıcılarının tədarükü üçün müqavilə imzalayıb

Türkiyənin ABŞ-dən tələb etdiyi F-16-ların alınması prosesində müqavilələrin imzalandığı, detallar üzərində işlərin qarşılıqlı nümayəndə heyətləri arasında danışıqlarla davam etdirildiyi bildirilib.

Nazirlikdəki mənbələr həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-dən F-16 alqı-satqısı və PKK-nın Suriyada keçirməyi planlaşdırdığı qondarma seçkilərlə bağlı son vəziyyətlə bağlı sualları cavablandıran mənbələr bunları bildirib;

"(ABŞ-dən F-16 alınmasında son vəziyyət) Müqavilələr imzalanıb. Qarşılıqlı nümayəndə heyətləri arasında danışıqlar yolu ilə detallar üzrə araşdırmalar davam etdirilir. Qərarlardan sonra ortaya çıxacaq təfərrüatlar daha sonra ictimaiyyətlə paylaşılacaq".

Mövsüm

Aznews.az