Paraqvayda keçirilən gözəllik yarışı artıq çəkili qadınlara qarşı olan ayrıseçkiliyə diqqət çəkib. Paraqvayda keçirilən gözəllik yarışı artıq çəkili qadınlara qarşı olan ayrıseçkiliyə diqqət çəkib.

“Gözəlliyin ölçüsü olmur” – Video

Paraqvayda keçirilən gözəllik yarışı artıq çəkili qadınlara qarşı olan ayrıseçkiliyə diqqət çəkib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Miss Gordita” müsabiqəsində artıq çəkili qadınlar iştirak ediblər.

Dəfilə iştirakçılarının çəkisi 90-110 kiloqram təşkil edib. Müsabiqədə, eyni zamanda, artıq çəkili qadınlar üçün ziyafət də verilib. Onlar çəki kompleksi yaşamadan təklif edilən şirniyyatdan yeyiblər.

“Miss Gordita” müsabiqəsi artıq 4-cü dəfədir ki, keçirilir. Builki müsabiqə “Gözəlliyin ölçüsü olmur” adı altında baş tutub.

Müsabiqənin qalibi isə Qabriela Venialqo adlı qadın seçilib.

Bəxtiyar Abbasov

AzNews.az