- Qərb
- 14 Noyabr 2018 10:29
- 1 820
Merkeldən yeni təklif

O, vahid Avropa ordusu fikrini də dəstəklədiyini bildirib
Almaniya kansleri Angela Merkel Avropa Təhlükəsizlik Şurası yaratmaq təklifi irəli sürüb.
Bunu Angele Merkel Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
O, vahid Avropa ordusu fikrini də dəstəklədiyini bildirib: "Belə bir addım Avropa ölkələri arasında müharibənin daha mümkün olmayacağını göstərərdi. Bu, NATO-ya qarşı yox, NATO-ya yaxşı əlavə olar”.(report.az)
© AzNews.az