ABŞ tarixində ilk dəfə milliyyətcə türk olan Tayfun Selen bələdiyyə sədri seçilib. ABŞ tarixində ilk dəfə milliyyətcə türk olan Tayfun Selen bələdiyyə sədri seçilib.
  • Qərb
  • 4 Yanvar 2019 10:39
  •  1 269

ABŞ-da türk bələdiyyə sədri seçildi - İlk dəfə

ABŞ tarixində ilk dəfə milliyyətcə türk olan Tayfun Selen bələdiyyə sədri seçilib.

Tayfun Selen Nyu Cersi ştatının Çatam bölgəsinin bələdiyyə sədri seçilib.

ABŞ vətəndaşı olan və 2017-ci ildən Çatam bələdiyyə komitəsinin üzvü olan Selen dünən komitədə keçirilən seçkilərdə qalib gəlib.

Türkiyənin ABŞ-dakı diplomatik korpusu bu münasibətlə Seleni təbrik edib.

Qeyd olunur ki, Respublikaçılar Partiyasının üzvü olan və 15 ildir ki, Çatamda yaşayan Selen İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirib.(teleqraf.com)

© AzNews.az