"Milli zoopark da Trampın hökuməti bağlaması səbəbilə hal-hazırda açıq deyil". "Milli zoopark da Trampın hökuməti bağlaması səbəbilə hal-hazırda açıq deyil".
  • Qərb
  • 10 Yanvar 2019 09:28
  •  2 363

Trampın oğlundan qalmaqallı paylaşım

"Milli zoopark da Trampın hökuməti bağlaması səbəbilə hal-hazırda açıq deyil".

ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. İntagram hesabından etdiyi paylaşımda atasının Meksika sərhəddində tikdirmək istədiyi divarı nəzərdə tutaraq “Zooparklarda niyə yaxşı gün keçirdiyimizin səbəbini bilirsiniz? Çünki divarlar işə yarayır” yazıb.

AzNews.az xəbər verir ki, həmin paylaşımdan sonra oğul Trampa sosial media istifadəçiləri sərt reaksiya verib.

Bir tvitter istifadəçisi oğul Trampın paylaşımına “Düzü zooparkda yaxşı gün keçirmək olmur. Milli zoopark da Trampın hökuməti bağlaması səbəbilə hal-hazırda açıq deyil” deyə cavab verib.

Pərvanə Ağazadə

AzNews.az