"Notr-Dam-de-Pari" kilsəsi Parisin, Fransanın ürəyidir" "Notr-Dam-de-Pari" kilsəsi Parisin, Fransanın ürəyidir"
  • Qərb
  • 16 Aprel 2019 13:10
  •  2 467

“Hamımız Fransa xalqı ilə birlikdə kədər içindəyik” - Azərbaycan səfiri

"Notr-Dam-de-Pari" kilsəsi Parisin, Fransanın ürəyidir"

"Amma, əslində, gözəlliyi, xeyirxahlığı sevən bütün insanlara, bəşəriyyətə məxsusdur".

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib.

"Ona görə də dindar olub-olmamağımızdan asılı olmayaraq, hamımız parislilər, bütün Fransa xalqı ilə birlikdə kədər içindəyik".

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.(report.az)

AzNews.az