Bu barədə "BFM" telekanalı xəbər verib Bu barədə "BFM" telekanalı xəbər verib
  • Qərb
  • 13 İyul 2019 19:25
  •  2 579

“Sarı jiletlilər” Parisdə etiraz aksiyası keçirdilər

Bu barədə "BFM" telekanalı xəbər verib

"Sarı jiletlilər" hərəkatının üzvləri bu gün Parisin 10-cu dairəsində yerləşən Şimali vağzalında etiraz aksiyası keçiriblər.

Bu barədə "BFM" telekanalı xəbər verib.

Etiraz hərəkatının aktivistləri səhər saatlarında Stalinqrad müharibəsi meydanında toplaşıblar, ordan da böyük kütlə ilə Parisin küçələrində olublar.

Hadisə yerinə gələn polisin xüsusi təyinatlı qüvvələrinin dəstələri nümayişçiləri stansiyadan çıxarıb. Bundan sonra fəallar öz yürüşünü şəhərin küçələrində davam ediblər.

Etirazçılar respublika hakimiyyətindən vətəndaş təşəbbüsünün-referendumun təşkil etməsini tələb ediblər. "Sarı jiletlilər" 14 iyul - Fransa Milli bayramında Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriləcəklərini deyiblər.(trend.az)

AzNews.az