Tramp və Stoltenberq kibertəhlükə mövzusuna toxunacaqlar Tramp və Stoltenberq kibertəhlükə mövzusuna toxunacaqlar
  • Qərb
  • 10 Noyabr 2019 00:00
  •  3 239

Tramp NATO-nun baş katibi ilə görüşəcək

Tramp və Stoltenberq kibertəhlükə mövzusuna toxunacaqlar

ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Prezident Donald Tramp Ağ Evdə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqi qəbul edəcək", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımını və büdcəyə ödəmələrin daha ədalətli bölgüsünün təminatı işində irəliləyişi müzakirə edəcəklər. ABŞ prezidenti həmçinin NATO-nun müdafiəsini və xarici təhdidlərə dözümlülüyünün, xüsusən terrorçuluqla mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayacaq.

Bundan başqa, Tramp və Stoltenberq kibertəhlükə mövzusuna da toxunacaqlar.(report.az)

AzNews.az