• Qərb
  • 2 Dekabr 2022 09:40
  •  3 830

ABŞ İnstitutu: “İranda prezident bir sıra yerli məmurları vəzifəsindən azad edə bilər"

“İranda Prezident İbrahim Rəisi bir sıra yerli məmurları vəzifəsindən azad edə bilər. Ola bilsin, o, bu vəzifələrə daha sadiq kadrları gətirmək istəsin”.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Bildirilib ki, deputat Cəlal Mahmud Zadə prezident artıq bəzi vilayətlərdə, o cümlədən Mahabadda bu “təmizləmə” işinin başladığını bildirib:

“O bununla bağlı prezident Rəisini və daxili işlər naziri Əhməd Vahidi ittiham edib. Mahmud Zadə parlamentdə Mahabadı təmsil edir. O, həmin ərazidə təhlükəsizlik qüvvələrinin repressiyasını tənqid edib”.

Məlumata görə, Rəisi tarixən siyasi opponentlərinə qalib gəlmək üçün öz hakimiyyətinin güclənməsindən istifadə edib:

“Bildirilib ki, həbs olunan etirazçıların 2 faizi dövlət işçiləridir. Rəisi dünən Kürdüstan vilayətinə səfər etdi. Bu, iğtişaşlar başlayandan bəri onun Kürdüstana ilk səfəridir. Görünür, Rəisi və komandası belə qənaətə gəliblər ki, artıq iğtişaşlar səngiyib və təhlükəsiz səfər imkanı var”.