- Qərb
- 30 Mart 09:24
- 2 595
ABŞ: Çinin nüvə proqramını dayandıra bilməyəcəyik

"Çinin nüvə silahı imkanları narahatlıq doğurur və ABŞ-nin Pekinin nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq və ya yox etmək üçün edə biləcəyi bir şey yoxdur".
AzNews.az xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli müdafiə naziri Lloyd Ostin ilə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində 2024-cü il üçün müdafiə büdcəsi ilə bağlı sualları cavablandırarkən deyib.
O, Çinin nüvə silahı potensialı ilə yanaşı, Rusiya ilə yaxınlaşmasından da narahat olduğunu bildirib: "İçində olduğumuz strateji mühitdə ikisinin bir-birinə yaxınlaşdığını görürük. Mən bunu sözün əsl mənasında ittifaq adladırmazdım, amma bu, narahat edir".