LaGuardia hava limanında təhlükəli səhv: Dispetçer gecikdi, təyyarə ilə avtomobil toqquşdu

Nyu-Yorkun "LaGuardia Airport" hava limanında təyyarənin avtomobillə toqquşmasının səbəblərindən biri kimi dispetçer səhvi göstərilir.

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, hava hərəkətinə nəzarət qülləsinin yerli dispetçeri fəaliyyət göstərən uçuş-enmə zolağını keçməsi üçün hava limanının xilasetmə xidmətinə məxsus nəqliyyat vasitəsinə icazə verib, halbuki regional təyyarə artıq enişə yaxınlaşırdı.

Bildirilir ki, həmin anda təyyarə uçuş-enmə zolağından təxminən 400 metr məsafədə və yer səthindən 40 metr yüksəklikdə eniş üçün alçalırdı. Bir neçə saniyə sonra dispetçer dayanmaq əmri versə də, xəbərdarlıq artıq gec səsləndirilib.

Mövsüm,

AzNews.az