• Qərb
  • 24 May 23:18
  •  4 950

Avropa İttifaqı Şurası yenilənmiş Şengen Məcəlləsi ilə bağlı razılığa gəlib

Avropa İttifaqı (Aİ) Şengen zonası daxilində daxili və xarici sərhədlərin idarə olunmasını tənzimləyən yeni Şengen Sərhəd Məcəlləsini təsdiqləyib.

Müvafiq sənəd Avropa Şurasının saytında dərc olunub.

"Tənzimləmə geniş miqyaslı sağlamlıq fövqəladə vəziyyət halında Aİ səviyyəsində üçüncü ölkə vətəndaşlarının girişini məhdudlaşdırmağa imkan verir",-sənəddə bildirilib.

Sənəddə qeyd olunub ki, qaydalar başqa ölkələrdən vətəndaşların ölkəyə girişini məhdudlaşdıracaq və bu, siyasi məqsədlər üçün istifadə edilən miqrantların vəziyyətini həll etməyə kömək edəcək.

Mövsüm

Aznews.az