- Qərb
- 23 İyul 17:03
- 1 283
Almaniya və Fransa ABŞ-yə qarşı tədbirlər tələb edir

Əgər Vaşinqton ticarət tariflərində güzəştə getməsə, Almaniya və Fransa Avropa İttifaqından (AB) ABŞ-yə qarşı “sərt tədbirlər” tələb edir.
Bu barədə “Financial Times” (FT) avropalı rəsmilərə və diplomatlara istinadən yazıb.
“Almaniya və Fransa Vaşinqton güzəştə getməsə, ABŞ-nin tariflərinə qarşı cavab tədbirlərini dəstəkləmək üçün Aİ həmkarları ilə qüvvələrini birləşdirir. Həmçinin, blokun mövqeyi avqustun 1-də bağlanacaq ticarət razılaşması üçün son tarix ərəfəsində sərtləşir”, - nəşr yazır.
Buna ABŞ prezidenti Donald Trampın avqustun 1-dən 30%-lik “qarşılıqlı” ticarət tarifləri tətbiq etmək qərarı səbəb olduğu və bunun Aİ-nin “müqavimətini artırdığı” vurğulanır . Avropalı diplomatlardan birinin sözlərinə görə, avqust ayından tariflərin 10%-dən 20%-ə qədər artırılması nəzərdə tutulurdu, lakin Amerika liderinin tarifləri artırmaq niyyəti “üzv dövlətlər arasında əhval-ruhiyyəni daha da kəskinləşdirdi”.
Mövsüm,
AzNews.az