- Hadisə
- 10 İyun 2024 09:00
- 4 365
Azərbaycan Ordusunun əsgəri naməlum şəraitdə itkin düşüb
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.