- Hadisə
- 13:59
- 1 244
Ceyhun Bayramov Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Nazir abidənin önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Qeyd edək ki, Ceyhun Bayramovun Gürcüstana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub, o cümlədən, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü keçirilib. Görüşdə regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və Ermənistanla sülh gündəliyi müzakirə olunub.
AzNews.az