- Paytaxt
- 12:33
- 1 555
Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş başlayıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.
10:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərlə gəlib.
Səfər çərçivəsində iyulun 22-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək.
Ceyhun Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.
Nazir, həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, ona ehtiramını ifadə edəcək.
Bundan əlavə, 2025-ci il iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu keçirilib
22 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.