• Qərb
  • 22 İyul 14:36
  •  1 215

Tramp ABŞ-ni YUNESKO-dan çıxarmaq qərarına gəlib

ABŞ prezidenti Donald Tramp ABŞ-ni Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) "parçalayıcı məsələləri dəstəklədiyi" iddiasıyla çıxarır.

Bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Qəzet Ağ Evin mətbuat katibinin müavini Anna Kellinin sözlərindən sitat gətirir: “Tramp amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə siyasətləri ilə tamamilə zidd olan, bölücü mədəni və sosial məsələləri dəstəkləyən YUNESKO-dan ABŞ-ni çıxarmaq qərarına gəlib”.

O qeyd edib ki, Donald Tramp həmişə ABŞ-ni birinci yerə qoyacaq və ölkənin bütün beynəlxalq təşkilatlara üzvlüyünün milli maraqlara uyğun olmasını təmin edəcək.

Mövsüm,

AzNews.az