Husilər İsrailin Ben Qurion hava limanını raketlə vurub

Hərəkatın Silahlı Qüvvələri bildirib ki, Yəmənin Ənsar Allah hərəkatından olan husilər hipersəs ballistik raketlə İsrailin Ben Qurion hava limanına hücum ediblər.

"Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirərək, işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv - red.) Lod hava limanına Fələstin-2 hipersəs ballistik raketi ilə hücum edib", - hərbçilərin hərəkatın Teleqram kanalında yaydığı bəyanatda deyilir.

Bildirilib ki, İsrailə zərbələr Qəzza zolağına qarşı təcavüz bitənə qədər davam edəcək.

Mövsüm,

AzNews.az