- Hadisə
- 19:31
- 1 376
Estoniya xarici işlər naziri Azərbaycana gəlir

Estoniya xarici işlər naziri Marqus Tsaxna oktyabrın 22-də Azərbaycana səfər edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tsaxna iqtisadi əlaqələri gücləndirmək, qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək və Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini ifadə etmək üçün Estoniya biznes nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.