- Hadisə
- 15:52
- 1 148
Salyanda 10 şagird, 2 əməkdaş məktəbdə tüstüdən zəhərlənib
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.
Aznews.az