- Hadisə
- 16:11
- 1 502
Qarabağ və Şərqi Zəngəzurda 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanaraq istifadəyə verilib.
Aznews.az xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Ataşov deyib.
Onun sözlərinə görə, hidrogeoloji tədqiqatlar nəticəsində Qarabağ və Cəbrayıl dağətəyi düzənliklərinin yeraltı su yataqlarının ehtiyatları yenidən qiymətləndirilib.
Şahin Ataşov bildirib ki, filiz faydalı qazıntı yataqlarının axtarışı nəticəsində Ağdam rayonunun Çullu sahəsində və Xocavənd rayonunun Binə sahəsində perspektivli sahələr aşkarlanıb.
Kəhriz komplekslərindən Füzuli rayonu Yal Pirəhmədli kəhrizi, Cəbrayıl rayonu Çinar kəhrizi, Daş Veysəlli kənd kəhriziərində bərpa işləri aparılır. Hüseynağa kəhrizi və Hovusluda 6 kəhriz bərpa olunub.