Baş nazir Novruz Məmmədov daha bir dəyişiklik edib. Baş nazir Novruz Məmmədov daha bir dəyişiklik edib.
  • Paytaxt
  • 30 Noyabr 2018 09:20
  •  2 518

Elektrik üçün texniki şərtlər dəyişdi - Baş nazirin qərarı

Baş nazir Novruz Məmmədov daha bir dəyişiklik edib.

Baş nazir Novruz Məmmədov “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edib.

Qaydalarda aşağıdakı dəyişikliklər olunub:

1. 1.1-ci bəndin ikinci cümləsindən “bu Qaydaların tələbləri nəzərə alınmaqla,” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.”.

2. 1.11-ci bənddə “Bu Qaydaların 2.19-cu bəndində göstərilən hallar istisna olmaqla, sifarişçi” sözləri “Sifarişçi” sözü ilə əvəz edilsin.

3. 2.8.2-ci yarımbənddən “bu Qaydaların 2.19-cu bəndinin birinci hissəsində nəzərdə tutulan qaydada ETŞ-yə qoşulan tikinti obyektləri istisna olmaqla, digər sifarişçilər üçün” sözləri çıxarılsın.

4. 2.19-2.21-ci bəndlər ləğv edilsin.

5. 2.22-ci bənddə “kVA” vahidi “kVt” vahidi ilə əvəz edilsin.

6. 2.23-cü bənd ləğv edilsin.

7. 2.26.6-cı yarımbənddən “(gücü 7 kVt olan və mövcud 0,4 kV-luq şəbəkədən 50 metr məsafədə yerləşən məişət abonentləri istisna olmaqla)” sözləri çıxarılsın.

8. 2.27.3-cü yarımbənddən “bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla,” sözləri çıxarılsın.

9. 2.27.4-cü yarımbənd ləğv edilsin.

© AzNews.az