- Paytaxt
- 18:41
- 1 012
Ruanda səfiri: Azərbaycanın diplomatiyası və sülhə üstünlük vermə metodunu öyrənirik

Ruanda Azərbaycanın xarici siyasəti üzrə diplomatiya və sülhə üstünlük vermə metodunu öyrənir.
Aznews.az xəbər verir ki, bunu Ruandanın Azərbaycandakı qeyri-rezident səfiri Çarlz Kayonqa bildirib.
Ankarada iqamət edən və Azərbaycan səfərindən yeni qayıdan səfir deyib ki, Bakıda məhsuldar görüşlər keçirib:
“Ölkənizdə akkreditə olunmuş səfirlərdən biri kimi Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramını qeyd etmək üçün mən də dəvət olunmuşdum. Azərbaycan diplomatik xidmətinin artıq 106 yaşı var və bu, kifayət qədər köklüdür. Ruanda Azərbaycanın xarici siyasətində diplomatiya və sülhə üstünlük vermə təcrübəsini yüksək qiymətləndirir. Bakıda olarkən müvafiq qurumlarla əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”.
Qeyd edək ki, 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Bakıda rəsmi qəbul və konsert proqramı təşkil edilib. Rəsmi qəbulda Xarici İşlər Nazirliyi və Azərbaycanın diplomatik missiyalarının rəhbərləri, bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı, ölkədə akkreditə olunmuş diplomatlar da iştirak ediblər.