MSK ən yüksək seçici fəallığı olan dairəni açıqlayıb MSK ən yüksək seçici fəallığı olan dairəni açıqlayıb
  • Paytaxt
  • 9 Fevral 2020 11:29
  •  12 146

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

MSK ən yüksək seçici fəallığı olan dairəni açıqlayıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

AzNews.az-ın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

56 saylı Xaçmaz kənd seçki dairəsindən seçici fəallığı 21,03 faiz ( 37 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsindən 21,03 faiz (46 225 seçicidən 9864 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 faiz (30 534 seçicidən 352 nəfər) olub.