- Paytaxt
- 21:11
- 1 171
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Aznews.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah arzularımı çatdırım.
Əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməyə, həmçinin təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığı genişləndirməyə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəyik.
Dünyanın üzləşdiyi geosiyasi çətinliklər dövründə beynəlxalq təşkilatlarda iştirakımızla qlobal sülhə və sabitliyə birgə töhfə verəcəyimizə qəti şəkildə inanıram.
Zati-aliləri, bu inamla və Sizin ölkəmizə səfər etməyiniz arzusu ilə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".