- Dünyanın halı
- 21:23
- 1 025
CENTCOM İranın Oman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq atəşi açdığını təkzib edir
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq atəşi açması və Amerika gəmilərini Hind okeanına doğru geri çəkilməyə məcbur etdiyi barədə iddiaları təkzib edib.
Aznews.az xəbər verir ki, bu barədə CENTCOM açıqlama yayıb.
Açıqlamada bildirilir ki, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyib və atəş açmayıb.
“Belə bir addım atəşkəsin kobud şəkildə pozulması olardı”, — açıqlamada qeyd olunub.
Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri region sularında fəaliyyətini sərbəst şəkildə davam etdirir və İrana qarşı tətbiq olunan blokadanın icrasını təmin edir.