Bakıda və Abşeron yarımadasında iyulun 9-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında iyulun 9-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 9-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.