Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb. Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.

Məktəblilərin payız tətili neçə gündür?

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.


Nazirlikdən bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Lent.az