29 yaşlı kişi dəm qazından zəhərləndi

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.