Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb.

Müharibə əlilləri və şəhid ailələri üçün bina istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev hazırda binaya xarici xətlərin (işıq, qaz, su) çəkilməsi üçün müvafiq qurumlarla birgə işlərin görülməsi barədə danışıb: “Yaxın zamanlarda yaşayış binasının Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Şamaxı rayonunda inşa edilmiş binadakı mənzillər də rayon İH tərəfindən 11 aprel 2014-cü ildə Nazirliyə təqdim olunmuş növbəlilik siyahısına uyğun şəkildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunacaq.