- Köhnə - Cəmiyyət
- 1 Mart 2018 19:04
- 6 392
Maaşlar artırıldı
Prezident İlham Əliyev səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki,dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.