Biləsuvarda 12 yaşlı şagird məktəbdə öldü - Səbəb

Biləsuvar rayonu, Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib.

Onun ölümünə qıcolma səbəb olub. Belə ki, Ə.Hüseynlini məktəbin həyətində qıcolma tutub və onun dili qatlanıb.

Yaxınlıqdakı şəxslər onu xəstəxanaya çatdırsalarda, şagirdin həyatın xilas etmək mümkün olmayıb.