Bu modellərdə batareyalar çox qızır və yanğın törədə bilər Bu modellərdə batareyalar çox qızır və yanğın törədə bilər

ABŞ-da bu noutbukların təyyarə ilə daşınmasına qadağa qoyuldu

Bu modellərdə batareyalar çox qızır və yanğın törədə bilər

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Apple” şirkətinin 2015-2017-ci illərdə istehsal etdiyi “MacBook Pro” noutbuklarının təyyarələrdə daşınmasına qadağa qoyub.

“İnterfax”a istinadən xəbər verilir ki, buna səbəb adıçəkilən seriyanın 15 düyüm diaqonallı ekranı olan bəzi modellərində batareyalarının çox qızdığı və yanğın törədə biləcəyi üçün şirkət tərəfindən satışdan geri qaytarılması barədə verilən qərardır. (Report)