Saat 14:00-da Yeni Zellandiya, 16:00-da isə Avstraliya yeni ilə girəcək Saat 14:00-da Yeni Zellandiya, 16:00-da isə Avstraliya yeni ilə girəcək

Yeni ilə ilk girən ölkə hansıdır?

Saat 14:00-da Yeni Zellandiya, 16:00-da isə Avstraliya yeni ilə girəcək

Artıq “Yeni il”ə 6 gün qalıb və bu o deməkdir ki, bir ili də geridə qoymuşuq.

Müxtəlif ölkələrin "Yeni il" adətləri fərqli olduğu kimi, saat qurşağına görə qarşılanması, qeyd olunması da fərqlidir. Bəs görəsən 2020-ci ili ilk hansı ölkə qarşılayacaq?

AzNews.az sizə bəzi ölkələrin Yeni ili qarşılama saatlarını təqdim edir:

Hər il olduğu kimi yenə yeni ilə ilk girən ölkə Sakit okeanda ada dövləti olan Kiribati olacaq. Kiribati Azərbaycan vaxtı ilə 13:00-da yeni ilə ilk girən ölkə olacaq.

Yeni Zellandiya və Avstraliya

Saat 14:00-da Yeni Zellandiya, 16:00-da isə Avstraliya yeni ilə girəcək.

Yaponiya, Tayvan və Çin

Avstraliyadan sonra sıra ilə Yaponya, Tayvan və Çin yeni ilə girəcək.

Bizim ölkədən bir saat öncə Yunanistan, Ukrayna, Finlandiya, Misir və Cənubi Afrika yeni ilə girmiş olacaq. Avropanın bir çox ölkəsi bizimlə eyni saatda yeni il coşqusu yaşayarkən, İngiltərə 3 saat sonra yeni ilə girəcək.

New-York və Amerika son sırada

Azərbaycan saatı ilə səhər 08:00-da Amerika yeni ilə girən son ölkələrdən olacaq.

Səidə Vahid

AzNews.az