Sərəncam Sərəncam
  • Mahal
  • 8 Dekabr 2020 17:15
  •  3 040

Cəlilabadın İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

Sərəncam

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AzNews.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilib, saxlanılanlar var.