ABŞ-da prezident seçkiləri ilə bağlı keçirilən praymerizlərin qalibləri dünyanın siyasi analitikləri tərəfindən təəccüblə qarşılanır. Ardıcıl olaraq iki ştatda keçirilən praymerizdə ABŞ siyasi səhnəsində yeni olan adların qalib elan olunması gözlənilməz olub. Belə ki, iki gün öncə Nyu-Hempşirdə keçirilən partiyadaxili seçimlərdə respublikaçılardan Donald Tramp, demokratlardan isə Berni Sanders qələbə qazanıb. ABŞ-da prezident seçkiləri ilə bağlı keçirilən praymerizlərin qalibləri dünyanın siyasi analitikləri tərəfindən təəccüblə qarşılanır. Ardıcıl olaraq iki ştatda keçirilən praymerizdə ABŞ siyasi səhnəsində yeni olan adların qalib elan olunması gözlənilməz olub. Belə ki, iki gün öncə Nyu-Hempşirdə keçirilən partiyadaxili seçimlərdə respublikaçılardan Donald Tramp, demokratlardan isə Berni Sanders qələbə qazanıb.

Ağ Evin yeni sahibi kim ola bilər? - ABŞ-da gözlənilməz nəticələr

ABŞ-da prezident seçkiləri ilə bağlı keçirilən praymerizlərin qalibləri dünyanın siyasi analitikləri tərəfindən təəccüblə qarşılanır. Ardıcıl olaraq iki ştatda keçirilən praymerizdə ABŞ siyasi səhnəsində yeni olan adların qalib elan olunması gözlənilməz olub. Belə ki, iki gün öncə Nyu-Hempşirdə keçirilən partiyadaxili seçimlərdə respublikaçılardan Donald Tramp, demokratlardan isə Berni Sanders qələbə qazanıb.


Qeyd edək ki, bu partiyadaxili seçimlərin əsas məqsədi noyabr ayında mübarizə aparacaq iki aparıcı partiyanın namizədlərini müəyyən etməkdir.

Demokratların ən real namizədi olan Hillari Klintona qalib gələn Vermont senatoru Bernie Sanders gözlənilməz qələbəsinin səbəblərindən danışaraq deyib ki, insanlar onu seçməklə real dəyişiklik görmək istəyirlər. Hillari Klinton da məğlubiyyətini etiraf edərək B.Sandersi təbrik edib.

Demokratlar Partiyasının tərəfdarlarının 54,5 faizi B.Sandersə, 41,2 faizi isə H.Klintona səs verib. D.Tramp isə səslərin 31,2 faizini toplayıb, digər respublikaçı namizədlər isə 15 faizdən çox səs toplaya bilməyib. Buradan belə bir nəticə çıxır ki, D.Tramp respublikaçıların əsas namizədidir.

Onu da deyək ki, bu mərhələdə az səs toplayan iki respublikaçı namizəd, Nyu-Cersi ştatının qubernatoru Kris Kristi, "Hewlett-Packard" kompaniyasının keçmiş rəhbəri Karli Fiorina marafonu tərk edib.

ABŞ-ın seçki marafonunun növbəti praymerizinin nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ-da qeyri-adi vəziyyət yaranıb və bu nəticələr gözlənilməz oldu: "Adətən, biz prezident yarışmasında partiyaların tanınmış liderlərinin, konqresmenlərin mübarizəsinin şahidi olurduq. Ancaq indi görürük ki, mübarizədə Demokratlar Partiyasından qatı bir solçu irəlidə gedir. Respublikaçılar Partiyasından isə nə konqresmen olan, nə də siyasi liderlər sırasına daxil olan milyarder Donald Tramp liderliyi ələ almağa çalışır. Bir müddət öncə Demokratlar Partiyasında daha çox Hillari Klintonun şansı yüksək idi. Ancaq hələ ki, ilkin səsvermələr keçirilir. Səslərdə dəyişiklik də ola bilər. İndi Donald Trampın və B.Sandersin reytinqləri yüksək olsa da, sonda partiyada öz tanıdıqları liderlərə dəstək verilməsi ilə bağlı da qərar verilə bilər. Və ya Respublikaçılar Partiyası öz ağırlığını Kruzun üzərinə qoya bilər, Demokratlar Partiyası isə Hillari Klintonun üzərində dayana bilər və bütün maliyyə bu istiqamətdə xərclənə bilər".

Politoloq ABŞ cəmiyyətinin populist fikirlər səsləndirən namizədlərə üstünlük verdiyini, lakin bu nəticələrin hər an dəyişə biləcəyini da vurğuladı: "Ancaq hər halda indiki vəziyyətə nəzər salsaq görərik ki, cəmiyyətdə daha çox populist ideyalar rəğbət qazanır. Çünki, Donald Trampın ideyaları çox populist idi, insanları bununla cəlb edir. B.Sanders də solçudur və idarəetmədə hansı addımlar atacağı bəlli deyil. Hillari Klinton yenə pis-yaxşı Amerika cəmiyyətinə bəlli olan bir siyasətçidir, onun hansı addımlar atacağı bəllidir. Ancaq B.Sanders haqqında fikir qeyri-müəyyəndir. Onun hansı addımlar atacağı bəlli deyil, sadəcə populist şüarlarla özünü tanıtdıra bilir".

E.Şahinoğlu H.Klintonun daha ciddi mübarizəyə hazırlaşacağını və B.Sandersi geridə qoymağa çalışacağını bildirdi: "Hələ seçki marafonu başlamamışdan öncə, respublikaçı namizədlər arasında C.Buşun qardaşının adı çəkilirdi. Lakin debatlar göstərdi ki, o kifayət qədər reytinq qazana bilmədi. Ona görə də, bu namizədlər artıq arxa planda qalıb. Respublikaçılardan Kruz mübarizəsini davam etdirəcək, demokratlarda isə H.Klintonla B.Sandersin vəziyyəti eynidir. H.Klinton da çalışacaq ki, B.Sandersi üstələsin".

Qeyd edək ki, respublikaçılar prezidentliyə namizədi 18-21 iyul qurultayında, demokratlar isə 25-28 iyul qurultayında seçəcəklər. ABŞ-da prezident seçkisi isə 8 noyabr 2016-cı il tarixində keçiriləcək. Bununla da Amerika 58-ci prezidentini seçəcək.


musavat.com