ABŞ Respublikaçılar Partiyasından prezidentiyə namizədi Donald Tramp Çinin ticarət siyasətini tənqid edib. ABŞ Respublikaçılar Partiyasından prezidentiyə namizədi Donald Tramp Çinin ticarət siyasətini tənqid edib.

“Xalqımızı zorlayırlar”- Prezidentliyə namizəddən Obamaya sərt tənqid

ABŞ Respublikaçılar Partiyasından prezidentiyə namizədi Donald Tramp Çinin ticarət siyasətini tənqid edib.


AzNews.az-ın CNN-ə istinadən məlumatına görə, o, İndianada seçkiöncəsi mitinqdə Çinin ABŞ-ı "zorladığını" iddia edib.

"Biz Çinin bundan sonra da xalqımızı "zorlamasına" icazə verə bilmərik, onlar məhz bunu da edirlər", - deyə Tramp bildirib.

Analitiklər, "zorlama" deyərkən Trampın Çinin beynəlxalq ticarətdə ABŞ-ı üstələdiyi vəziyyətini nəzərdə tutduğunu bildirirlər.

Məlumat üçün bildirək ki, Tramp artıq dəfələrlə Çini valyutaya manipulyasiya etməkdə günahlandırıb və guya bunun sayəsində beynəlxalq bazarda ÇXR-in ixrac məhsullarının daha rəqabətədavamlı olduğunu bildirib. Siyasətçi hesab edir ki, bu, amerikan şirkətlərinə və onların əməkdaşlarına zərbə endirir.

İndianadakı çıxışı zamanı Tramp bu vəziyyəti dəyişəcəyinə söz verib: "Biz bunu dəyişəcəyik. Bütün kartlar bizdədir, bunu unutmayın".

Tramp həmçinin qeyd edib ki, Çinə deyil, çox səriştəsiz olan ABŞ liderlərinə qəzəblidir.

Aydan