AzNews.az xəbər verir ki, Sərhədsiz Həkimlər (MSF) təşkilatı Myanmarda avqust ayında başlayan şiddətli olaylarda bir ay içərisində 9000 arakanlının öldürüldüyünü açıqlayıb. AzNews.az xəbər verir ki, Sərhədsiz Həkimlər (MSF) təşkilatı Myanmarda avqust ayında başlayan şiddətli olaylarda bir ay içərisində 9000 arakanlının öldürüldüyünü açıqlayıb.

“Bir ay içində minlərlə arakanlı müsəlman öldürülüb” - Sərhədsiz Həkimlər

AzNews.az xəbər verir ki, Sərhədsiz Həkimlər (MSF) təşkilatı Myanmarda avqust ayında başlayan şiddətli olaylarda bir ay içərisində 9000 arakanlının öldürüldüyünü açıqlayıb.

MSF-nin Banqladeşə qaçan arakanlılarla görüşərək apardığı araşdırmaya əsaslanan məlumatlar bu günə qədər açıqlanan rəsmi ölüm rəqəmlərindən olduqca yüksəkdir. Rəsmi açıqlamalara görə, olaylarda 400 nəfər həyatını itirib. MSF-nin bu məlumatları isə rəsmi rəqəmləri alt-üstü edib.

Ölənlər arasında yüzlərlə uşaq var

Təşkilat avqust ayında başlayan hadisələrdən sonra 647 min arakanlının Banqladeşə qaçdığını bəyan edib. MSF-yə görə, 25 avqust ve 24 sentyabr tarixləri arasında Myanmarda ən azı, 9000 arakanlı müsəlman həyatını itirib.

Böyük ehtimalla, bu ölümlərdən ən azı, 6700-nün zorakılıqla həyata keçirildiyini bildirən təşkilat, ölənlərdən 730-nun beş yaşdan az uşaqlar olduğunu bəyan edib.

Qeyd edək ki, Myanmar ordusu bu ittihamları qəbul etmir.

image description image description