Məktəbliləri daşıyan qayıq aşdı - Ölənlər var

Məktəbliləri daşıyan avtobus Hindistandan qərb sahillərindən keçərkən aşıb.

AzNews.az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi məlumat verib. Səhər saatlarında Hindistanın Maharaştra ştatının qərb sahilində yerləşən Dahanu şəhərində baş verən hadisə nəticəsində azı 4 məktəbli həlak olub. Agentliyin verdiyi məlumata görə, hadisə zamanı qayıqda 40 məktəbli olub, onlardan 25 nəfəri xilas edilib.

Hazırda hadisə ərazisində axtarış-xilasetmə əməliyyatları aparılır.