- Köhnə - Dünya
- 13 Yanvar 2018 19:57
- 15 180
Ukraynada qızılca xəstəliyi epidemiya halını alıb
Ukraynada son bir ildə qızılca xəstəliyindən 6 nəfər ölüb, onlardan 4-ü uşaqdır.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 2017-ci ildə Ukraynada 4782 nəfər qızılca xəstəliyinə tutulub. Həmin il qızılcadan 5 nəfər ölüb, onlardan 3-ü uşaqdır.
Bu ilin 13 günündə isə artıq 1000 nəfərdən çox insan qızılca xəstəliyinə yoluxub, bir uşaq ölüb.
Təkcə paytaxt Kiyev şəhərində 100-ə yaxın insan qızılcaya tutulub, onlardan 60-a yaxını uşaqdır.