- Köhnə - Dünya
- 14 Yanvar 2018 00:00
- 3 217
Tbilisi aeroportunun fəaliyyəti bərpa olundu
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub.
AzNews.az APA-ya istinadən xəbər verir ki, aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır.
“Buta Airways” şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib.
Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.