- Köhnə - Dünya
- 15 Yanvar 2018 11:01
- 2 973
Bağdadda partlayış - Ölənlər var + Yenilənib
İraq Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bu gün Bağdadın mərkəzi hava limanında baş verən iki partlayış nəticəsində 16 nəfər həlak olub, 65 nəfər yaralanıb.
AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi general-leytenant Saad Maan bu gün hava limanında partlayışın tikinti işçilərinin toplandığı yerə 2 partlayıcı qurğu quraşdırılmış avtomobil vasitəsilə törədildiyini qeyd edib. Ölənlərin sayının artacağı bildirilir.
***
09:53
Bu gün səhər saatlarında Bağdadda iki partlayış baş verib.
AzNews.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Bu barədə “Sinxua” agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.