- Köhnə - Dünya
- 15 Yanvar 2018 19:52
- 2 801
Kanar adaları yaxınlığında qayıq batdı, 7 miqrant öldü

İspaniyanın Kanar adaları yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb.
AzNews.az RİA Novosti-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.
Məlumata görə, rezin qayıqda 27 nəfər olub. Onlardan 20-si xilas olub, 2 nəfərə tibbi yardım göstərilib.
Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.