- Köhnə - Dünya
- 27 Yanvar 2018 12:30
- 4 880
“Zeytun budağı”nda 16 şəhid, 54 yaralı
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” hərəkatı zamanı şəhid olan və düşmən tərəfindən öldürülənlərin sayı açıqlanıb.
"Publika" xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumata görə, hərəkatın 8-ci gününə qədər PKK/PYD terror təşkilatının 340 hədəfi vurulub, 394 terrorçu məhv edilib.
Terrorçularla baş verən qarşıdurmada Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri şəhid olub, 30 əsgər yaralanıb. Azad Suriya Ordusu isə 13 şəhid verib, 24 əsgər isə yaralanıb.
Qeyd edək ki, “Zeytun budağı” hərəkatı Suriyada təhlükəsizlik və sabitlyi qorumaq, İŞİD, PKK/PYD terror təşkilatlarının kökünü kəsmək məqsədilə təşkil edilib. Hərəkat 20 yanvar saat 18:00-dan etibarən başlanıb.
AzNews.az