Davanı ayırmağa çalışan polis yaralandı

Türkiyədə dava edənləri ayıran polis alnından yaralanıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis iki nəfərin dalaşdığını görüb və onları ayırmağa çalışıb. Bu zaman dalaşanlaran birinin əlindəki bel polisə dəyib və o, alnından yaralanıb. Daha sonra olay yerinə gələn digər polislərin köməyilə dava edənlər tutulub. Polis isə ambulator müalicəyə buraxılıb.