- Köhnə - Dünya
- 27 Fevral 2018 11:18
- 3 482
Mişel Obama kitab çıxarır
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama, noyabrın 13-də xatirə kitabını satışa çıxaracağını bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, xanım Obama kitabın adını "Olmaq" qoyub.
Keçmiş birinci xanım kitabından danışarkən bildirib ki, ümid edirəm mənim yolum oxucular üçün ilham qaynağı olar və olmaq istədikləri mövqeyə çatmaq üçün özlərində cəsarət taparlar.
Kitab 24 dildə nəşr olunacaq. Qeyd edək ki, əvvəllər də amerikalı birinci xanımların kitabları özünə çoxsaylı alıcı tapıb.