Deputatlar gecəni evsizlərlə birlikdə küçədə keçirəcəklər

Fransada deputatlar soyuq havaya baxmayaraq, evsizlərin problemlərinə diqqət çəkmək üçün bir gecəni küçədə keçirəcəklər.

AzNews.az xəbər verir ki, bu barədə jurnalistlərdən biri məlumat verib. Onun sözlərinə görə, 50 deputat fevralın 28-də Austerlitz dəmir yolu stansiyasının yaxınlığında küçədə yatacaq.

Fransada keçən il küçələrdə təxminən 500 evsiz insan həlak olub. Bu ilin əvvəlindən Fransanın paytaxtında 13 nəfər evsiz insan ölüb.