- Köhnə - Dünya
- 27 Fevral 2018 12:37
- 4 389
Səudiyyə Ərəbistanında qadın nazir oldu
Səudiyyə Ərəbistanında sürpriz bir yenilik olub.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında dünən qərargah rəisi və hərbi hava qüvvələrinin komandanı işdən çıxarılıb. Bundan başqa bir neçə nazir müavini də işindən olub. Sürpriz isə Əmək Nazirliyində olub. Belə ki, nazirliyin rəhbərliyinə Tamader əl-Rəmmah adlı qadın gətirlib.
Beləliklə, əl-Rəmmah Səudiyyə Ərəbistanının ilk qadın naziri olub.